FIFA reytinqi:Azərbaycan millisi mövqeyini qoruyub

FIFA milli komandaların reytinq siyahısını yeniləyib.

Azərbaycan millisinin mövqeyi dəyişməyib. Fernandu Santuşun rəhbərlik etdiyi yığma 1179.88 xalla 111-ci pillədəki yerini qoruyub.

Reytinq cədvəlinin ilk 3 pilləsində isə dəyişiklik olub. Siyahıya son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina seçməsi (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci sırada qərarlaşıb. Son Avropa çempionu İspaniya (1729,92) 5 pillə irəliləyərək 3-cü yerə yüksəlib. Avro-2024-ün finalçısı İngiltərə (1812,26) isə 4-cü sıraya qalxıb(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.