Tailandda fil ərzaq mağazasına girib.
AzPost bildirir ki, bununla bağlı görüntülər maraqla qarşılanıb.
“South China Morning Post”-un məlumatına görə, fil Pak Çonq əyalətindəki ərzaq mağazasına daxil olub. Qeyri-adi oğru bir neçə qutu düyü krakerini yeyib və sakitcə mağazanı tərk edib.
Mağaza qoruqdan çıxa bilən vəhşi fillərin olduğu milli parkın yaxınlığında yerləşir. Jurnalistlər iddia edirlər ki, yerli sakinlər bu fili əvvəllər də şəhər küçələrində görüblər. O, yemək üçün başqa mağazalara gəlib.