Filippin Prezidentinin qızı vitse-prezident olmaq üçün namizədliyini verib

Filippinin Prezidenti Rodriqo Dutertenin böyük qızı Sara Duterte 2022-ci ilin mayında keçiriləcək seçkilərdə vitse-prezident vəzifəsini tutmaq üçün namizədliyini irəli sürüb.

AZƏRTAC Filippin KİV-lərinə istinadla xəbər verir ki, namizədlərin irəli sürülməsi proseduru oktyabrda başa çatsa da, Sara Duterte ilkin namizədi əvəz etdiyinə görə onun müraciəti qəbul edilib. Filippin qanunvericiliyinə əsasən, namizədlərin dəyişdirilməsi ilə bağlı müraciətlərin qəbulu noyabrın 15-də başa çatır. Sara Duterte mənsub olduğu partiya tərəfindən əvvəllər irəli sürülən namizədi əvəz edib.

Xatırladaq ki, 2022-ci il mayın 9-da Filippində prezident və vitse-prezident seçkiləri keçiriləcək. Qanunvericiliyə əsasən hazırkı prezident növbəti dəfə namizədliyini irəli sürə bilməz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Süni intellektin köməyi ilə yeni planetlər aşkar edilib

Sonrakı məqalə

Kosmosdan gələnləri qarşılayan azərbaycanlı –