Süni intellektin köməyi ilə yeni planetlər aşkar edilib

İsveçrə alimləri süni intellektlə bağlı yeniliyə imza atıblar.

Cenevrə Universitetinin astronomları işıq axınının daimi izlənməsi sayəsində ekzoplanetləri aşkar ediblər.

Mexanizm ilk baxışda sadədir: planet öz ulduzu ilə Yerin arasından keçdikdə o öz ulduzun bir hissəsini örtür. İşığın azalmasını hesablayaraq yeni planeti, hətta onun diametrini də müəyyən etmək mümkün olur. Bunun üçün də təsvirləri tanıyan süni intellekt tətbiq edilir.

Astronomlar bir neçə həftədə bu yolla 2 yeni ekzoplanet aşkar edərək onlara Kepler 1705b və Kepler 1705c adlandırıblar. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dünya çempionatına vəsiqə qazanan iki komanda məlum olub-

Sonrakı məqalə

Filippin Prezidentinin qızı vitse-prezident olmaq üçün namizədliyini verib