Filippinin paytaxtında 1000-ə yaxın ev yanıb

Bu gün Filippinin paytaxtı Manilada 1000-ə yaxın ev yanıb.

“France-Presse”-in verdiyi xəbərə görə, güclü yanğın gecəqonduların olduğu yaşayış massivini əhatə edib.

Yanğın evlərdən birinin ikinci mərtəbəsində başlayıb və 1000-ə yaxın evi əhatə edib. Bu evlərdə 2000-ə yaxın ailə yaşayıb.

Yanğının söndürülməsinə 36 yanğınsöndürmə maşını, 2 helikopter cəlb olunub.

Ölən və yaralananlar barədə hələ məlumat verilmir.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.