Filippinin sabiq prezidenti Beniqno Akino vəfat edib

24 İyun 2021 - 10:06

Müxtəlif xəstəliklərdən əziyyət çəkən Filippinin sabiq prezidenti Beniqno Akino 61 yaşında vəfat edib.

Bu barədə “ABS-CBN” mediaqrupuna sabiq prezidentin ailə üzvü məlumat verib. Bildirilir ki,, Beniqno Akino bu gün səhər saatlarında naməlum səbəbdən xəstəxanaya yerləşdirilib.

“Manila Bulletin”in məlumatına əsasən, sabiq prezident ürək çatışmazlığından vəfat edib.