“Müəllimlər tam peyvənd olunduqdan sonra əyani tədrisə keçmək olar” –Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri

“Növbəti tədris ilində hibrid, yoxsa tam əyani tədrisə keçiləcəyi barədə dəqiq fikir söyləmək çətindir. Tam vaksinasiya həyata keçirilərsə, tam əyani tədrisə keçmək də nəzərdə tutulur”.

Bunu jurnalistlərə açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, amma bu, yenə də Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından asılı olacaq: “Biz ümidliyik və düşünürük ki, tam əyani tədrisə yeri dönəcəyik. Bunun üçün də bütün təhsil işçilərinin vaksinasiyasından keçməsi çox vacib şərtdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Filippinin sabiq prezidenti Beniqno Akino vəfat edib

Sonrakı məqalə

Ölkədə oxuyub yazmağı bilməyən 36 şagird var –