Finlandiya ABŞ-ın iştirakı ilə təlimlərə başlayır

Avqustun 25-də Finlandiyada Avropa və ABŞ qoşunlarının iştirak etdiyi beynəlxalq xüsusi təyinatlıların təlimi başlayır.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, sentyabrın 12-dək davam edəcək təlimlərdə təxminən 1600 hərbçi iştirak edəcək.

Təlimlərdə Şimali Avropa şəraitində NATO xüsusi təyinatlılarının birgə əməliyyat imkanları yoxlanılacaq.

Qeyd olunur ki, təlimlərə Avropa ölkələri və ABŞ silahlı qüvvələrinin NH90 nəqliyyat helikopterləri, F/A-18 Hornet qırıcıları cəlb olunacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.