Finlandiya da Rusiya qeydiyyatı olan avtomobillərin ölkəyə girişinə qadağa qoyur

Finlandiya hakimiyyəti Rusiyada qeydiyyatda olan minik avtomobillərinin ölkəyə girişini qadağan edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Finlandiyanın “Yle” telekanalı məlumat yayıb.

Onun sözlərinə görə, qərarı bu gün xarici işlər naziri Elina Valtonen rəsmən elan edəcək.

Qadağaya əsasən, Rusiya dövlət nömrə nişanlı və 10-dan az sərnişin üçün nəzərdə tutulmuş avtomobillər Finlandiya sərhədindən keçə bilməyəcək.

Eyni zamanda, ölkəyə giriş qadağası ilə bağlı bəzi istisnalar olacaq ki, ölkə rəsmiləri bunu daha sonra açıqlayacaq.

Qadağanın nə vaxt qüvvəyə minəcəyi hələ məlum deyil. Lakin Helsinki bundan əvvəl bu barədə əvvəlcədən xəbərdarlıq edəcəyinə söz vermişdi.

“Beləliklə, Rusiya avtomobillərinin qəbulu məsələsində Finlandiya ümumi Aİ xəttini izləməyə hazırlaşır”, – nəşr qeyd edir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.