Finlandiya “F-35″lər üçün hərbi bazanın inşasına başlayıb

Finlandiya ABŞ-dan sifariş edilən “F-35” qırıcıları üçün öz ərazisində hərbi baza tikməyə başlayıb.

Azpost.info xəbər verir ki, hazırlıq işləri iyunda, tikintinin özü isə sentyabrda başlayıb.

Bazanın 2027-ci ilə qədər tam hazır olacağı gözlənilir.

Hərbi bazaya qırıcı təyyarələrin texniki xidməti və saxlanması üçün obyektlər, Finlandiya Hərbi Hava Qüvvələrinin pilotları üçün təlim meydançası, həmçinin aerodrom infrastrukturu daxil olacaq.

İlk “F-35″lərin bazaya 2026-cı ildə gələcəyi deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.