Finlandiya Rusiya ilə sərhəddə divar tikmək üçün 139 milyon avro ayıracaq

Finlandiya hökuməti ölkənin Rusiya ilə sərhədinin bir hissəsi boyunca ayırıcı divarın tikintisinə 139 milyon avro xərcləməyi təklif edib.

Azpost.info bildirir ki, ölkə arasında 1300 kilometrlik sərhəd indiyədək əsasən yalnız nişanlar və digər kiçik məhdudlaşdırıcı strukturlarla işarələnib. Bununla belə, Ukraynada müharibə başlayandan sonra Finlandiya hökuməti hibrid təhlükə problemlərinə və sığınacaq axtaranların kütləvi axınına hazırlığı artırmaq üçün Rusiya ilə sərhədinin bir hissəsi boyunca hasarlar tikmək planlarını açıqlayıb.

Ölkənin sərhəd mühafizəçiləri son nəticədə Finlandiyanın cənub-şərqindəki sərhəd keçidləri və ətraf ərazilərə diqqət yetirərək, ümumi sərhədin 10-20 faizini əhatə edən 130 ilə 260 kilometr arasında divar inşa etmək niyyətində olduqlarını bildiriblər.

Qeyd edək ki, bundan əvvəl bu məsələ ilə bağlı Finlandiyada siyasi partiyalararası xüsusi danışıqlar baş tutub.

Əvvəlki məqalə

“İranda əleyhimizə danışanlar dini siyasətə alət edirlər” –

Sonrakı məqalə

Əli İnsanov Prezident İlham Əliyevi təbrik etdi –