Finlandiya Rusiya və Belarusla poçt əlaqəsini dayandırıb.
Azpost.info xəbər verir ki, bu barədə Finlandiyanın “Posti” dövlət şirkəti məlumat yayıb.
“Ümumdünya Poçt İttifaqı sazişlərindəki müstəsna hallara əsaslanaraq, “Posti” 2022-ci il aprelin 11-dən Finlandiya və Rusiya, eləcə də Finlandiya və Belarus arasında bütün məktub və bağlamaların göndərilməsini dayandırır”, – məlumatda deyilir.
Xatırladaq ki, Finlandiya Rusiyadan dəmir yolu ilə sərnişin və yük daşımalarını da qeyri-müəyyən müddətə dayandırıb.
Azpost.info