“Finlandiya Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməlidir”- Baş nazir

“Finlandiya Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməlidir”.

Azpost.info xəbər verir ki, bunu Finlandiyanın baş naziri vəzifəsini icra edən Aki Linden deyib.

Onun sözlərinə görə, Finlandiya Xarici İşlər Nazirliyi bu məsələyə baxmağa hazırdır: “Lakin indi Finlandiya Nazirlər Kabinetinin rəhbəri Sanna Marin də bir çox digər hökumət nazirləri kimi məzuniyyətdədir”.

Linden etiraf edib ki, o, şəxsən viza siyasətinin sərtləşdirilməsinin tərəfdarıdır: “Bunun səbəbləri var. Bu həftə, şübhəsiz ki, yayın ən sakit həftələrindən biridir. Lakin Xarici İşlər Nazirliyi bu məsələni nəzərdən keçirməyə hazırdır”.

Eyni zamanda Linden qeyd edib ki, hazırda məzuniyyətdə olmayan yeganə nazir olduğu üçün yaxın günlərdə hər hansı qərar gözlənilmir: “Qərarın nə vaxt veriləcəyini deyə bilmərəm. Onu deyə bilərəm ki, Finlandiyada insanlar Rusiyanın amansız müharibə aparmasına baxmayaraq, rusların niyə əvvəlki kimi bura gəlməkdə davam etdiyinə təəccüblənirlər”.

Azpost.info

Əvvəlki məqalə

Turistlərin ən çox ziyarət etdiyi məkanların siyahısı açıqlanıb

Sonrakı məqalə

Astarada Qazinin yaşadığı “ev” hamını şoka saldı –