Turistlərin ən çox ziyarət etdiyi məkanların siyahısı açıqlanıb

Portuqaliyanın əsas maliyyə və iqtisadi mərkəzlərindən biri olan Porto 2022-ci ilin yay mövsümü üçün səyahətçilər arasında ən populyar istiqamət olaraq seçilib.

“Pinterest” internet portalı səyahətçilər arasında yay mövsümünün səyahət istiqamətlərinə dair sorğu keçirib.

Nəticələrə əsasən, son bir neçə ayda trafikin ən çox artdığı ilk 10 ən populyar istiqamət tərtib edilib. Onluqda Portuqaliyanın Porto, Yunanıstanın Korfu, İtaliyanın Komo gölü, İspaniyanın Mayorka, İbiza və Madrid, Yunanıstanın Mykonos, Türkiyənin İstanbul, Taylandın Phuket, Fransanın Nitsa turizm məkanları yer alıb.

Əvvəlki məqalə

Dünyada hər il 236 min insan suda boğulur

Sonrakı məqalə

“Finlandiya Rusiya vətəndaşları üçün viza siyasətini sərtləşdirməlidir”