Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Finlandiya Rusiyaya dəstək verən ölkələrə yardımı dayandıracaq

User 21 İyun 2023 - 07:49 (Last updated: 21 May 2025 - 20:15)
finlan

Finlandiyanın yeni hökuməti Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəkləyən dövlətlərə yardım xərclərini azaldacaq.

Azpost.info bildirir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

“Finlandiyanın əsas vəzifəsi Ukraynanı dəstəkləməkdir. Ukraynalıların ölçüyəgəlməz əzabları ilə müqayisədə Finlandiyanın Rusiyanı  dəstəkləyən ölkələrə yardım göstərməyə davam etməsi mənəvi cəhətdən yanlışdır” -deyə yeni ticarət və beynəlxalq inkişaf naziri Ville Tavio bildirib.

Nazir inkişaf etməkdə olan ölkələri Moskvanı dəstəkləmək əvəzinə “daxili inkişaflarına diqqət yetirməyə” çağırıb. Onun sözlərinə görə, Finlandiyadan dəstək alan, lakin beynəlxalq qaydalara və Ukraynanın dövlət suverenliyinə əsaslanan nizama hörmət etməməyə üstünlük verən dövlətlər var.

Tavio bu təcrübənin Avropa ölkələri arasında geniş yayılması üçün səy göstərəcəyini vəd edib.

Petteri Orponun rəhbərlik etdiyi sağçı Koalisiya Partiyası Finlandiyada keçirilən son parlament seçkilərində qalib gəlib. Koalisiyaya Əsl Finlər, İsveç Xalq Partiyası, Xristian Demokratlar daxildir.

Hökumət Finlandiyanın hansı ölkələrə yardımını kəsə biləcəyini və Rusiya ilə bağlı siyasətini hansı meyarlarla qiymətləndirəcəyini açıqlamayıb. “The Times” qeyd edir ki, Helsinkidən əsas dəstək alanlar Keniya, Nepal, Tanzaniya, Mozambik və Efiopiyadır. Ötən ilin payızında Finlandiya Ukrayna taxılının Somali, Efiopiya, Eritreya və Cibutiyə çatdırılması üçün 15,7 milyon avro ayırıb.

Finlandiyanın əvvəlki hökuməti Afrika ilə əlaqələri inkişaf etdirlməsinin tərəfdarı olub. 2021-ci ildə hakimiyyət bu qitə üçün xüsusi strategiyanı təsdiqləyib.

Azpost.info

Post navigation

Previous: Bayden Çin lideri Si Cinpini diktator adlandırıb
Next: “Titanik”ə baxmaq üçün okeanın dərinliyinə enmiş turistləri tapa bilmirlər

Oxşar xəbərlər

CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v80), quality = 65
  • Dünya

Kim Çen In Çinə elan olunmamış səfər edib

User 24 Oktyabr 2026 - 10:58
zelenski
  • Dünya

Zelenski müharibəni tez bitirməyə hazır olduğunu bildirib

User 24 Oktyabr 2026 - 10:00
putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20

xƏBƏR

Dava
  • Sosial

Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü

User 24 Oktyabr 2026 - 20:06
Bakıda ölümlə nəticələnən kütləvi dava ilə bağlı yeni detallar məlum olub. “Qafqazinfo” xəbər verir ki, qətli törədənlərin...
Read more about Bakıda qətl törətməkdə şübhəli bilinən şəxslər saxlanıldı – “Sabunçu Emin” və MMA döyüşçüsü
İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir ilham aliyev forum
  • İdman

İlham Əliyev FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyir

User 24 Oktyabr 2026 - 19:48
Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər ay yer
  • Maraqlı

Aydan Yerə baxsaydıq, nə görərdik? – Kosmosdan görünən heyrətamiz mənzər

User 24 Oktyabr 2026 - 18:50
Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi? dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23
Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb payız
  • Maraqlı

Payızda ağacların yarpaqları niyə saralır? – Elmi səbəb

User 24 Oktyabr 2026 - 18:15
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.