Finlandiya və İsveç NATO-ya üzvlük protokolunu imzaladı- Stoltenberq: "Daha da güclənəcəyik!"

Finlandiya və İsveçin xarici işlər nazirləri Pekka Haavisto və Ann Linde NATO-nun mənzil-qərargahında alyansa qoşulmaq haqqında protokollar imzalayıblar.

Azpost.info xəbər verir ki, NATO baş katibi Yens Stoltenberq hər iki ölkənin üzvlüyünün ratifikasiyası prosesinin başladığını elan edib.

“Bu gün biz rəsmi olaraq üzvlük protokolunu imzalayırıq və ratifikasiya proseduruna başlayırıq. NATO-nun qapısı bütün Avropa demokratiyaları üçün açıqdır. Bu Finlandiya, İsveç və NATO üçün yaxşı gündür, biz 32 üzv ölkə ilə daha da güclənəcəyik”, – Stoltenberq bildirib.

Sənədi NATO-nun 30 ölkəsinin səfirləri də imzalayıb.

Müvafiq sənədlər alyansa daxil olan bütün ölkələr tərəfindən ratifikasiya edildikdən sonra Finlandiya və İsveç NATO-ya üzv olacaqlar.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.