Finlandiya vətəndaşlıq almaq istəyənlər üçün şərtləri sərtləşdirir

Finlandiya hökuməti parlamentə vətəndaşlıq almağı çətinləşdirən və ölkədə tələb olunan yaşayış müddətini 5 ildən 8 ilə qədər artıran qanun layihəsi təqdim edib.

Azpost.info xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

“Hökumət proqramında qarşıya qoyulan məqsədlərdən biri Finlandiya vətəndaşlığını almaq üçün tələblərin sərtləşdirilməsi və immiqrantların Finlandiya cəmiyyətinə inteqrasiyasını təşviq etməkdir”, – məlumatda deyilir.

Vətəndaşlıq üçün müraciət edənlər Finlandiyada indiki kimi beş il əvəzinə səkkiz il yaşamalı olacaqlar.

İslahat həmçinin Finlandiyadan kənarda qalma müddətlərini də azaldacaq ki, bu da daimi yaşayış dövrünə daxil edilə bilər. Məqsəd Finlandiya vətəndaşlığını alan ərizəçilərin Finlandiyada həqiqətən yaşamalarını təmin etməkdir.

Azpost.info

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.