“Finlandiya və İsveçin NATO-ya daxil olması Alyansın əsas prioritetidir”.
Azpost.info xəbər verir ki, bunu Helsinkidə Finlandiyanın Baş naziri Sanna Marinlə birgə mətbuat konfransında NATO Baş katibi Yens Stoltenberq deyib.
Onun sözlərinə görə, Finlandiya və İsveç müasir tarixdə NATO-ya ən sürətli giriş prosesini həyata keçirən ölkələrdir: “Hər iki ölkə üzvlük üçün ötən ilin mayında müraciət edib. İyunda isə bütün NATO müttəfiqləri hər iki ölkəni Alyansa qoşulmağa dəvət etməyə razılaşıb və üzvlük protokollarını açıqlayıblar”.
Qeyd edək ki, hazırda 30 müttəfiqdən 28-i Finlandiya və İsveçin NATO-ya daxil olmasını ratifikasiya edib. Yalnız Macarıstan və Türkiyə bunu etməyib. Stoltenberqin sözlərinə görə, Macarıstan parlamenti bir neçə gün ərzində müzakirələrə başlayacaqlarına işarə edib.
Azpost.info