Finlandiya və Rusiya sərhədyanı əməkdaşlıq sazişini ləğv etdi

Finlandiya hökuməti Dövlət Şurasının iclasında Rusiya ilə 2012-ci ildə bağlanmış transsərhəd əməkdaşlıq haqqında sazişə xitam verib.

Azpost.info xəbər verir ki, əməkdaşlığa xitam verilməsinin təşəbbüskarı Rusiya tərəfi olub və oktyabrın sonunda Finlandiya Xarici İşlər Nazirliyinə müvafiq bildiriş göndərib.

Finlandiya hökumətinin bəyanatında deyilir ki, sərhədyanı əməkdaşlıq haqqında saziş 2024-cü il yanvarın 24-də başa çatacaq. Müqaviləyə əsasən, Rusiya və Finlandiya sərhədyanı rayonların sosial-iqtisadi inkişafı ilə birgə məşğul olurdular.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.