“Finlandiyanın daxil olması ilə NATO görünməmiş şəkildə güclənəcək”- BAYDEN

ABŞ prezidenti Co Bayden Finlandiyanı NATO-nun yeni üzvü kimi salamlamaqdan qürur duyduğunu bildirib.

Azpost.info xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

“Bu gün mən Finlandiyanı alyansın 31-ci üzvü kimi NATO-da salamlamaqdan qürur duyuram”, – Bayden bildirib.

Onun sözlərinə görə, Finlandiyanın NATO-ya daxil olması ilə Alyans görünməmiş şəkildə güclənəcək.

Bayden onu da qeyd edib ki, Finlandiya NATO-ya ən sürətli daxil olan ölkədir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.