Fırıldaqçılar yeni üsula əl atdı: kartınızı könüllü verirsiniz!

Kart
Kart

Rusiyada vətəndaşların bank kartlarının ələ keçirilməsi ilə bağlı yeni fırıldaq sxemi aşkarlanıb. AzPost bildirir ki, dələduzlar özlərini bank və ya dövlət qurumlarının əməkdaşları kimi təqdim edərək, kartların guya “yoxlanması” məqsədilə insanları aldadırlar.

Cinayətkarlar vətəndaşlara zəng edib, kartda şübhəli əməliyyatların olduğunu, kreditin bağlanması və ya hesabın təhlükədə olduğunu deyirlər. Daha sonra kartın təhlükəsizliyini təmin etmək üçün onun PİN kodunu tələb edir və kartı “kuryer” vasitəsilə götürmək istədiklərini bildirirlər.

Bu sxemdə əsas hədəf — insanları inandırmaq və kartı könüllü şəkildə verməyə sövq etməkdir. Dələduzlar sonradan həmin kartlarla bankomatlardan pul çıxarır və ya başqa vətəndaşların pullarını köçürmək üçün istifadə edirlər. Beləliklə, kart sahibini özünün də bilmədiyi halda cinayət əməliyyatına şərik edirlər.

Ekspertlər bildirirlər ki, bu hallarda fırıldaqçılar sosial mühəndislik metodlarından istifadə edərək insan psixologiyasını manipulyasiya edirlər. Onlar tez-tez “kartın bloklanmaması üçün tələsin”, “əməliyyatı ləğv etmək üçün təsdiq kodunu deyin” kimi ifadələrdən yararlanırlar.

Əgər kiminsə kartınızla bağlı məlumat istədiyindən şübhələnirsinizsə, dərhal bankla rəsmi əlaqə saxlayın. Heç vaxt kart məlumatlarını, PİN kodu və ya SMS-lə gələn təsdiq şifrələrini heç kimlə paylaşmayın.

Unutmayın: bank işçiləri heç vaxt sizdən kartınızı və ya kodlarınızı tələb etməz. Bu cür hallarda kartınızı dərhal mobil tətbiqdən və ya bankın “qaynar xətti” ilə bloklamağınız vacibdir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.