Fitch Ratings Beynəlxalq reytinq agentliyi Rusiyanın 32 bankının reytinqini aşağı salıb.
Azpost.info bildirir ki, bu qərar Rusiyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı qəbul olunub. “Sberbank”, “Qazprombank”, “Alfa-Bank”, “Tinkoff-bank”, “Rayffayzenbank”, “Houm Kredit” və digər banklar bu siyahıda yer alıb.
Reytinqin endirilməsi Rusiyanın suveren reytinqinin BBB-dən B səviyyəsinə endirilməsi ilə bağlıdır.
Analoji qərar həmçinin Rusiyanın 20 regionunun hakimiyyət orqanları üçün də qəbul olunub. Moskva, Moskva vilayəti, Peterburq, Krasnoyarsk, Stavropol, Altay diyarı, Sverdlovsk vilayəti, Tatarısan, Novosibirsk və s regionalarının reytinqi endirilib.
Azpost.info