Ukraynadakı müharibəyə görə Rusiya iqtisadiyyatı 1998-ci ildəki defoltdan daha çox itki verəcək.
Azpost.info xəbər verir ki, bu proqnozu “Fitch Ratings” reytinq agentliyi verib. Proqnoza görə, Rusiyaya qarşı iqtisadi sanksiyalar fonunda ölkə iqtisadiyyatı 8 faiz azala bilər. 1998-ci ildə defolt Rusiya ÜDM-nin cəmi 5,4 faiz azalmasına səbəb olmuşdu.
“Fitch Ratings”in hesablamalarına görə, Rusiyada istehlak inflyasiyası 2022-ci ilin sonuna kimi 18 faizə çatacaq. Bundan başqa, beynəlxalq şirkətlərin ölkəni tərk etməsi fonunda Rusiyaya xarici investisiyaların azalacağı proqnozlaşdırılır.
Azpost.info