Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi –

SƏRƏNCAM
31 İyul 2021 - 11:38

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.

Sərəncama əsasən Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.