Flora Kərimova “Şərəf” ordeni ilə təltif edildi –SƏRƏNCAM

Azərbaycan Prezidenti İlham Əliyev Flora Kərimovanın “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan musiqi sənətinin inkişafında xidmətlərinə görə Flora Ələkbər qızı Kərimova “Şərəf” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Flora Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib.

Sərəncama əsasən Azərbaycan musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Flora Ələkbər qızı Kərimovaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha bir rayon deputatını itirmək üzrədir –

Sonrakı məqalə

Polisi döyən deputatın toxunulmazlığı götürülür –