“Fordo nüvə obyekti hucumdan əvvəl köçürülüb” –İrandan rəsmi reaksiya

“İran Fordo nüvə mərkəzinə hucumu gözləyirdi. Obyekt təxliyyə edilib. Hucum nəticəsində heç bir ciddi zədələnmə olmayıb”.

AzPost Tasnim Agentliyinə istinadən bildirir ki, bu sözləri İran İslam Məsləhət Şurası sədrinin strateji məsələlər üzrə müşaviri Mehdi Məhəmmədi ABŞ-ın İranın nüvə obyektlərinə hücumuna cavab olaraq yazıb X sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ bu oyunu uduzacaq: “Biliyi bombalamaq mümkün deyil”-deyə o vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Tramp bu gün səhər saatlarında ABŞ-ın Fordo, Natanz və İsfahan nüvə obyektlərinə zərbə endirib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.