“Formula-1”-də qəza baş verib –

Yarış müvəqqəti dayanıb
05 İyun 2021 - 16:23

“Formula-1” üzrə Azərbaycan Qran-prisində daha bir qəza olub.

Apasport.az saytının məlumatına görə, hadisə sıralama turu zamanı yaşanıb.

“Aston Martin”in pilotu Lens Stroll 15-ci döngədəcə qəza törədib. İdarəetməni itirən pilot bolidini baryera çırpıb. Nəticədə bolidin təkəri sıradan çıxıb. Bu, qırmızı bayrağın qaldırılmasına səbəb olub və yarış müvəqqəti dayanıb.

Qeyd edək ki, sıralama turu davam edir.