“Formula-1”in sabiq rəhbəri mövsümün ləğv olunmasını təklif edib

“Belə bir durumda bütün mövsümü bağlayar, bu il yarış keçirməzdim. İndiki durumda insanların təhlükəsizliyi üçün mümkün olan yeganə variant budur”.

Apasport.az saytının məlumatına görə, bunu “Formula-1”in sabiq rəhbəri Berni Ekklstoun deyib.

Uzun illər yarışa başçılıq edən funksioner üzücü olan reallığı qəbul etməyə çağırıb: “Bu addım atılsa, heç kim axmaq-axmaq ehtimallar irəli sürməz. Təəssüf ki, Olimpiada ilə bağlı da belə qərar verildi. Məyusedicidir. Amma nə varsa, odur”.

Təşkilatçılar bəzi mərhələləri ləğv edilən, bəziləri təxirə salınan yarışı 15-18 yürüşlə başa vurmaq niyyətindədir. Ekkslstoun bunu real saymır: “Əgər bunu bacarsalar, çox-çox təəccüblənərəm. Amma həqiqətən ümid edirəm ki, onlarda alınacaq. Gələn ilin əvvəlində 3-4 mərhələ keçirmək, onları 2020-ci ilin bir parçası hesab etmək olar. Problem ondadır ki, indi uyğun tras tapmaq mümkün deyil. Bu boşluq “Liberti” üçün də yaxşı şans olar ki, hər şeyi nəzarətə götürsün, promouterlərlə məşğul olsun. Həm də komandalara ödənişləri azaltsın ki, onlar 700 yox, 70 əməkdaşla işləsin”.

Qeyd edək ki, Avstraliya və Monako Qran-Priləri ləğv olunub, Bəhreyn, Vyetnam, Çin, Niderland, İspaniya, Monako və Azərbaycan Qran-Priləri qeyri-müəyyən müddətə təxirə salınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İspaniya La Liqası sentyabrda başlaya bilər

Sonrakı məqalə

Ərdoğan koronavirusla bağlı yeni tədbirlər paketini açıqlayıb: