Fotoxronika: Naxçıvan,10 may 1993-cü il –İlham Əliyev, Ziya Bünyadov Heydər Əliyevin ad günündə (FOTO)  

Sabah mərhum prezident Heydər Əliyevin doğum günüdür. Azərbaycanın sabiq dövlət başçısının 98 yaşı tamam olur.

Azpost.info bildirir ki, Milli Məclisin sabiq deputatı Rza İbadov dövlət başçısı ilə bağlı maraqlı foto paylaşıb.

Foto 10 may 1993-cü ildə Naxçıvanda çəkilib. O zaman Naxçıvan Ali Məclisinin Sədri olan Heydər Əliyevin 70 yaşı tamam olurdu.

Şəkildə Heydər Əliyevi təbrik etmək üçün məclisdə iştirak edənlər əks olunub. Masa ətrafında AMEA-nın akademiki, Tarix İnstitutunun direktoru, YAP-ın yaradıcılarından olan Ziya Bünyadov oturub. Bundan başqa fotoda Rza İbadov, sonradan Azərbaycanın Rusiyada fövqəladə səfiri olan Ramiz Rizayev, Bakı şəhər icra hakimiyyətinin sabiq başçısı Rafael Allahverdiyev və digərlərini görmək olur.

Masada həmçinin gənc İlham Əliyev də oturub.

Bir aydan sonra –iyunun 15-də Heydər Əliyev Gəncə qiyamı ilə Azərbaycanda yaranmış siyasi böhran nəticəsində hakimiyyətə dəvət olunacaq və Milli Məclisin sədri postuna seçiləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Zirə” – “Qəbələ” oyununda qalib müəyyənləşməyib

Sonrakı məqalə

Prezident İlham Əliyev Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə paylaşım edib