Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Fransa Azərbaycan səfirliyinin raket zərbəsinə məruz qalmasını pisləyib

User 15 Noyabr 2025 - 21:33 (Last updated: 15 Noyabr 2025 - 21:33)
fransa

Fransa 13-14 noyabr gecəsi Rusiyanın əsasən Ukraynanın paytaxtı Kiyevi, o cümlədən Azərbaycan səfirliyini hədəf alan kütləvi hücumlarını qətiyyətlə pisləyir.

APA xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

“Fransa noyabrın 13-dən 14-nə keçən gecə Rusiyanın ilk növbədə Ukraynanın paytaxtı Kiyevi, onun enerji obyektlərini, yaşayış məntəqələrini, Azərbaycan səfirliyini və xəstəxananı hədəf alması nəticəsində çoxsaylı insan tələfatı və yaralananların, o cümlədən uşaqların da olduğu kütləvi aviazərbələri qəti şəkildə pisləyir”, – bəyanatda qeyd edilib.

Bildirilib ki, təxminən 430 pilotsuz uçan aparat və 18 raketin iştirak etdiyi bu irimiqyaslı zərbələr daha da eskalasiya təşkil edir və əlavə sübuta ehtiyac olarsa, Rusiyanın sülh istəyinin olmadığını nümayiş etdirir.

“Fransa Ukrayna, onun xalqı və hakimiyyət orqanları, Azərbaycan səfirliyinin əməkdaşları ilə tam həmrəy olduğunu bildirir. Fransa Ukraynanın suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə sarsılmaz dəstəyini bir daha bəyan edir. Bütün tərəfdaşlar ilə birlikdə Ukraynaya dəstəyini artırmaq və müharibəni dayandırmaq üçün Rusiyaya təzyiqi gücləndirmək öhdəliyini davam etdirəcəyik”, – Fransa XİN əlavə edib.

 

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib ki, görüş zamanı 14 noyabr tarixində təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və ona müvafiq nota təqdim edilib.

Son partlayış nəticəsində səfirliyin ərazisinin hasarının bir hissəsinin tamamilə dağıldığı, konstruksiyaların, xidməti avtomobillərin, inzibati binanın və Səfirliyin konsulluq şöbəsinin zədələndiyi, həmçinin diplomatik nümayəndəliyin ərazisinə ciddi ziyan vurulduğu, xoşbəxtlikdən bu zərbənin insan tələfatına səbəb olmadığı qarşı tərəfə bildirilib.

AzPost.az

Post navigation

Previous: “Fransa yığması ilə oynamaq yaxşı təcrübədir” –
Next: Almaniyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibəti ilə konsert olub

Oxşar xəbərlər

buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39

xƏBƏR

kabab esas
  • Sosial

Ətdən imtina sağlam qocalmağa kömək edə bilər

User 26 Oktyabr 2026 - 21:50
Ətdən imtina etmək gələcəkdə xərçəngin müxtəlif növləri, diabet və idrak qabiliyyətinin zəifləməsi də daxil olmaqla, yaşla əlaqəli...
Read more about Ətdən imtina sağlam qocalmağa kömək edə bilər
Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı buqda
  • Dünya

Rusiya “taxıl sazişi”nin bərpasını istəmir: Moskva səbəbini açıqladı

User 26 Oktyabr 2026 - 21:37
Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir bvf
  • İqtisadiyyat

Azərbaycan adambaşına ÜDM-ə görə dünyada 90-cı yerdədir

User 26 Oktyabr 2026 - 21:27
AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu vuqar
  • Sosial

AQC Avropanın ən böyük qiymətləndirmə təşkilatına üzv oldu

User 26 Oktyabr 2026 - 21:13
İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib mekke-sazisi
  • Dünya

İran və “Məkkə Sazişi” ölkələri Tehranda bəyanat qəbul edib

User 26 Oktyabr 2026 - 20:02
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.