“Fransa Bakı və İrəvan arasında sülh sazişinə imkan vermir” –RUSİYA XİN

“Fransa üçün Ermənistanın və bütövlükdə Cənubi Qafqazın gələcəyi sadəcə bir alət, sövdələşmə vasitəsi, Rusiya ilə hibrid müharibə fonunda öz rifahını qorumaq, nüfuzunu qoruyub saxlamaq yollarından biridir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

O, Parisin regiona can atmasının siyasi səbəbləri olduğunu deyib: “Əslində Fransanın Cənubi Qafqaz regionunda olması məlumat toplamaq, region dövlətlərini izləmək və dövlətlər arasında əldə edilmiş bütün sülh sazişlərinə imkan verməmək cəhdidir. Bu göz önündədir. Bunu heç kim gizlətmir. Əgər məqsəd sülh və təhlükəsizlik olsaydı, Fransa 2021-ci ildə Rusiyanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmaların həyata keçirilməsi üçün hər şeyi edərdi. Amma onlar əks kurs götürüblər”, – Mariya Zaxarova əlavə edib.

XİN rəsmisi deyib ki, Fransanın Ermənistanın təhlükəsizliyini təmin etməyə hazır və ya qadir olduğuna inanmaq sadəlövhlükdür. M.Zaxarovanın fikrincə, Fransanın belə imkanları olsaydı, onda müqavilə öhdəlikləri olduğu, bunun üçün pul aldığı üçün bunu etməyə borclu olduğu ölkələrdə istifadə edərdi:  “Bura Afrika qitəsi nümunədir. Fransanın bu ölkələrdəki missiyaları acınacaqlı şəkildə uğursuz oldu. Buna səbəb Fransa öz müttəfiqlərini və tərəfdaşlarını atıb tərk etdiyinə görə oldu. Fransa orada dost dediyi ölkələri onlar üçün ən kritik anda tərk etdi”.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident ÜST-nin Baş direktoru Qebreyesusu qəbul edib

Sonrakı məqalə

Avropa Parlamenti Ermənistana Aİ üzvlüyünə namizəd statusu təklif edən qətnamə qəbul edib