Fransa Böyük Britaniyaya xəbərdarlıq edib

London Brexit üzrə nəzərdə tutulan balıq ovuna dair razılaşmanı yerinə yetirməyəcəyi halda Fransa Böyük Britaniyaya qarşı sanksiya tətbiq olunacağını istisna etməyib.

Bunu bu gün Fransa hökumətinin rəsmi nümayəndəsi Qabriel Attal “France 3” telekanalına müsahibəsində bildirib.

Q. Attal bu sanksiyalardan birinin Böyük Britaniyanın La-Manş boğazında yerləşən Cersi adasına verilən elektrik enerjisinin dayandırılması ola biləcəyini söyləyib: “Paris Londonu razılaşmanı yerinə yetirməli olmasına inandırmaq üçün Avropa Komissiyasına da müraciət edib”.

Qeyd edək ki, Britaniya hakimiyyətinin Cersi sahillərində balıq ovuna icazəni nəzərdə tutan siyahıya 344 deyil, 41 Fransa balıqçı gəmisini daxil etməsi Fransanın narazılığına səbəb olub. Eyni zamanda Britaniya balıq ovuna dair bir sıra tələblərlə də çıxış edir. Fransa isə bu tələblərin Brexit üzrə razılaşmada nəzərdə tutulmadığını bildirir.

Fransanın sanksiya hədələrinə cavab olaraq Böyük Britaniya mayın 5-də Cersi adasına 2 patrul gəmisi göndərib. Fransa isə mayın 6-da Cersi adası yaxınlığında iki patrul gəmisinin olacağını bəyan edib. Bundan başqa, martın 6-da səhər Fransanın 60-dək balıqçı gəmisi Cersi adasını blokadaya alıb. Balıqçı gəmiləri adanı blokadaya almaqla bərabər digər gəmilərin Sent-Xelier portuna yaxınlaşmasına da mane olublar. Bir neçə saat sonra Fransa balıqçı gəmiləri adanın blokadasını dayandırıb.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 660 nəfər yoluxub –

Sonrakı məqalə

Koçaryan Paşinyana alternativ oldu, seçki bloku yaratdı –