Fransa klubu Gürcüstan millisinin hücumçusunu 13 milyon avroya aldı

Niderlandın “Ayaks” klubu Gürcüstan millisinin hücumçusu Corc Mikautadzeni Fransa təmsilçisi “Mets”ə satıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Fransızlar futbolçu üçün 13 milyon avro ödəyib. 23 yaşlı hücumçu ötən mövsüm “Mets”də icarə əsasında çıxış edib və 14 qol vurub.

Qeyd edək ki, G.Mikautadze Almaniyada təşkil olunan Avropa çempionatında Gürcüstan millisinin heyətində meydana çıxdığı 4 oyunda 3 qol vurub və bombardirlər siyahısında yer alıb.

Gürcüstan yığması 1/8 finalda İspaniyaya 1:4 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.