Fransa ordusunun 600-a yaxın əsgərində koronavirus aşkarlanıb

04 Aprel 2020 - 18:28

Fransa Müdafiə naziri Florens Parli təxminən 600 əsgərin koronavirus testinin müsbət çıxdığını açıqlayıb.

 CNN Türk-ün verdiyi xəbərə görə, nazir bildirib ki, əsgərlərin vəziyyətinə nəzarət olunur.

“Bu, ordunun işini yerinə yetirməsinə təsir göstərməyəcək”, – deyə nazir qeyd edib.