Fransa parlamentinin deputatları Dağlıq Qarabağa gəlib –Qeyri-qanuni səfər (FOTO)

 

Fransa parlamentinin deputatları Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə gəliblər.

Azpost.info bildirir ki, deputatlar separatçı rejimin “xin başçısı” ilə görüşüblər.

Fransa parlamentinin deputatları separatçı rejimin nümayəndəsinə “Artsax Respublikasının tanınması haqqında” hazırladıqları qətnamə layihəsinin bir nüsxəsini təqdim ediblər. Deputatlar bildirib ki, bu qətnaməni artıq Fransa parlamentinin 50 deputatı imzalayıb.

Fransız deputatlarının Dağlıq Qarabağa qeyri-qanuni səfəri Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik və Fransanın Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bitərəflik prinsiplərinn kobud şəkildə pozulmasıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Türkiyədə terror aktı törədilib

Sonrakı məqalə

İşğaldan azad olunan Qubadlı şəhəri –