Fransa prezidentinin arvadı “Qəddafi işi”nə görə şübhəli şəxs kimi dindirilib

Fransanın keçmiş birinci xanımı Karla Bruni sabiq prezident Nikola Sarkozinin prezident seçkisi kampaniyasının maliyyələşdirilməsi işi ilə bağlı növbəti dəfə dindirilib.

Fransa KİV-ləri xəbər verir ki, modelyer bu dəfə şübhəli şəxs qismində dindirilib. Halbuki o, indiyədək prosesə yalnız şahid kimi cəlb edilmişdi. Müstəntiqlər hələ ki, Karla Bruni-Sarkozi barədə heç bir qərar qəbul etməyiblər. Onun vəkilləri də məsələ ilə bağlı mətbuata hər hansı bir açıqlama verməkdən imtina edirlər.

Qeyd edək ki, 2007-2012-ci ildə Fransa prezidenti olmuş Nikola Sarkozinin seçki kampaniyasını Liviyanın mərhum rəhbəri Qəddafinin maliyyələşdirdiyi iddia edilir. Mandatı başa çatdıqdan sonra Sarkoziyə qarşı cinayət işi açılıb.

Əvvəlki məqalə

Avropa Liqasında yarımfinalın ilk oyunları –

Sonrakı məqalə

İspaniyada tapılan qədim qılıncın sirri açıldı –