İspaniyada tapılan qədim qılıncın sirri açıldı –FOTO

İspaniyanın Valensiya regionunda 1994-cü ildə tapılmış qılıncın mədəni mənsubiyyəti sübuta yetirilib.

AZƏRTAC xəbər verir ki, ev tikintisi zamanı tapılmış “Excalibur” adlı qılıncın mədəni mənsubiyyəti ciddi müzakirə mövzusu idi. Bu günlərdə Valensiya şəhərinin Arxeologiya departamenti artefaktı yenidən tədqiqata cəlb edib.

Radioloji analiz zamanı qılıncın X əsrdə, Kordova xilafəti dövründə hazırlandığı müəyyən edilib. Bu da qılıncın İslam mədəniyyətinə aidiyyətini sübut edir.

Valensiyanın turşu tərkibli torpağında qılıncın kifayət qədər yaxşı qalması onun keyfiyyətli metaldan hazırlandığını sübut edir. Maraqlıdır ki, qılıncın ucu düz deyil, əyri formadadır. Bu da silahın süvarilər tərəfindən istifadəsini asanlaşdırır.

Əvvəlki məqalə

Fransa prezidentinin arvadı “Qəddafi işi”nə görə şübhəli şəxs kimi dindirilib

Sonrakı məqalə

Həkim bu iki məhsulu yeməməyə çağırdı