Fransa Qrenlandiyada hərbi təlimlər keçirəcək

Fransa Qrenlandiya ərazisində Şimali Atlantika Alyansı çərçivəsində hərbi təlimlərin keçirilməsi ilə bağlı rəsmi müraciət edib.

Məlumata görə, Paris bu təşəbbüslə alyansın bölgədə fəal mövqe tutduğunu nümayiş etdirmək niyyətindədir. Fransa tərəfi həmçinin təlimlərdə öz imkanları ilə iştirak etməyə hazır olduğunu bildirib. Qeyd olunur ki, bu addım ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı səsləndirdiyi sərt bəyanatlardan sonra atılıb.

Elysey sarayının yanvarın 21-də yaydığı açıqlamada bildirilib ki, Fransa müttəfiqləri ilə birlikdə Arktika bölgəsində təhlükəsizliyin qorunmasına xüsusi önəm verir. Donald Tramp bir neçə dəfə Qrenlandiyanı ABŞ-ın nəzarətinə götürmək istədiyini açıq şəkildə dilə gətirib. Bu bəyanatlar Avropa ölkələri və alyans daxilində ciddi narahatlıq doğurub.

Fransa rəsmiləri hesab edirlər ki, belə açıqlamalar bölgədə sabitliyə təhlükə yarada bilər. Məhz bu səbəbdən hərbi təlimlərin keçirilməsi siyasi mesaj xarakteri daşıyır. Paris bununla Qrenlandiyanın təhlükəsizliyinin kollektiv məsuliyyət olduğunu vurğulamaq istəyir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.