Fransa Rusiyanın 35 diplomatını ölkədən çıxarır

“Paris 35 rus diplomatını ölkədən çıxarmaq qərarına gəlib. Onların hərəkətləri Fransanın təhlükəsizlik maraqlarına ziddir”.

Azpost.info xəbər verir ki, bunu Fransa Xarici İşlər Nazirliyindən bildiriblər. “Fransanın təhlükəsizlik maraqlarına zidd hərəkətlərə yol verən diplomatik statuslu bir çox rus əməkdaşı ölkədən çıxarırıq. Bizim birinci vəzifəmiz fransızların və avropalıların təhlükəsizliyini təmin etməkdir”, – nazirliyin açıqlamasında deyilir.

Fransa mediasının məlumatına görə, məlum qərar Buçadakı hərbi vəhşiliklərin görüntüləri yayılandan sonra qəbul edilən yeni sanksiyalar paketi çərçivəsində verilib.

Azpost.info

Əvvəlki məqalə

“Baş nazirin, nazirlərin Qubada villaları var, o yolu görmürlər? –

Sonrakı məqalə

“Guya ermənilər bizə sülh təklif edir” –