Fransa senatoru Natali Qule jurnalistlərlə bağlı bəyanat verdi:"Ermənilər mina xəritələrini  dərhal Azərbaycana verməlidir"

Fransa senatoru Natali Qule Kəlbəcər rayonunda mina partlayışı zamanı həlak olmuş jurnalistlərlə bağlı Twitter səhifəsində Bəyanat yayıb.

Bəyanatda deyilir:

Keçən həftə Bakıda və Ağdamda olmuşam.  Minalanmış əraziləri də görmüşəm və onların çox geniş sahəni əhatə etdiyni bilirəm. Burada Cənubi Koreya ilə Şimal Demilitarizasiya Zonası arasında olduğundan daha çox mina yerləşdirilib.

Mən bu gün mina partlayışı nəticəsində Kəlbəcərdə həyatını itirmiş 2 jurnalistin – Sirac Abışovun və  Məhərrəm İbrahimovun ailələrinə dərin hüznlə başsağlığı verirəm.

Ermənilər ərazilərin mina xəritələrini  dərhal Azərbaycana verməlidirlər. Beynəlxalq birlik və xüsusilə də Fransa  Ermənistanın xeyrinə apardıqları balanslaşdırılmamış siyasəti dayandırmalıdır.

Azərbaycanda olarkən  ANAMA-da da oldum. Beynəlxalq birlik ərazilərin minalardan təmizlənməsində Azərbaycana yardım etməli, ədalətli və tarazlaşdırılmış bir yanaşma ilə sülh prosesinə dəstək verməlidir.

Avropalı həmkarlarımı seçkilər xatirinə erməni lobbisini dəstəkləmək əvəzinə Azərbaycana səfər etməyə çağırıram.

Senator Natali Qule”

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Jurnalistlər və QHT rəhbərləri Vladimir Putinə müraciət ünvanlayıb

Sonrakı məqalə

Xalq artisti Xuraman Qasımova “İstiqlal” ordeni ilə təltif edilib