Fransa və ABŞ-dan olan həmsədrlər Ermənistan XİN başçısı ilə görüşüb

ATƏT-in Minsk Qrupunun Fransa və ABŞ-dan olan həmsədrləri İrəvanda Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla görüşüblər.

Ermənistan XİN-in mətbuat xidməti görüşün həmsədrlərin regiona səfəri çərçivəsində baş tutduğu barədə məlumat yayıb.

Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik və Rusiyanın Ermənistandakı müvəqqəti işlər vəkili də iştirak edib.

Qeyd edək ki, Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov xəstələnməsi səbəbindən regiona səfər etməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“İşğaldan azad edilən ərazilərə getməyin!” –

Sonrakı məqalə

Naxçıvanda şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı –