Fransa və Ermənistan müdafiə nazirləri əməkdaşlıq sənədi imzalayıb

Fransa və Ermənistan Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanıb.

Bu barədə Ermənistan müdafiə naziri Suren Papikyan “X” hesabında bildirib.

Onun sözlərinə görə görüş zamanı razılaşmaların icrası ilə bağlı görülən işlərin gedişi müzakirə olunub:

“Əməkdaşlığın inkişafı üçün yeni imkanlar, o cümlədən müdafiə sistemlərinin əldə edilməsi, hərbi təhsil, təlim, təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər sahələr qeyd edilib. Müdafiə sahəsində əməkdaşlığın inkişafına hərtərəfli dəstəyə görə mən Fransa tərəfinə minnətdarlığımı bildirdim”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.