Fransa və Belçika Rusiya qazına qadağanı blokladı

Avropa
Avropa

Rusiya qazının Avropa İttifaqına idxalına tam qadağa təklifi Brüsseldə mübahisə yaradıb. AzPost xəbər verir ki, Fransa və Belçika bu təklifin hüquqi və iqtisadi nəticələrinin aydınlaşdırılmadan qəbul olunmasına qarşı çıxıb.

Hər iki ölkə Aİ-də Rusiyanın mayeləşdirilmiş təbii qazının (LNG) əsas alıcıları sayılır. Paris mövcud enerji müqavilələrinə sadiq qalmağın vacibliyini vurğulayır və tədrici keçid strategiyasını müdafiə edir. Fransanın energetika naziri Mark Ferraççi bildirib ki, TotalEnergies-in Rusiyanın Novatek layihəsində payı olduğu üçün müqavilələrdən imtina hüquqi mübahisələrə yol aça bilər.

Belçika da Brüsseldən təklifin mümkün nəticələrinə dair rəsmi hesabat gözlədiyini bəyan edib. Ölkələr bu qərarın yalnız geniş və dərin analizdən sonra verilə biləcəyini bildirirlər.

Politico-nun yaydığı məlumata görə, bu yanaşma Aİ-də enerji təhlükəsizliyi və vahid mövqeyin formalaşdırılması baxımından ciddi fikir ayrılıqlarını ortaya çıxarıb. Hazırda Rusiya ilə mövcud enerji razılaşmalarının taleyi qeyri-müəyyən olaraq qalır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.