Fransada fermer təsərrüfatında 6.8 milyard manatlıq qızıl tapıldı

Qızıl
Qızıl

Fransada təsərrüfat sahəsində inanılmaz hadisə baş verib. AzPost xəbər verir ki, 52 yaşlı fermer təsərrüfat ərazisində təsadüfən milyardlarla dəyəri olan qızıl külçələri aşkarlayıb.

Xarici mətbuatın məlumatına görə, kənddə yaşayan Mişel Dupont torpağını mütəmadi yoxlayarkən torpaq qatında qeyri-adi parıltı görüb. O, maraqlandığı hissəni qazdıqdan sonra böyük ölçülü qızıl külçələri ilə qarşılaşıb. İlkin qiymətləndirməyə əsasən, tapılan külçələrin ümumi çəkisi 150 ton, dəyəri isə təxminən 320 milyard rubl və ya 6 milyard 810 milyon 560 min manat təşkil edir.

Mişel Dupont tapıntı ilə bağlı bildirib ki, sadəcə öz təsərrüfatına baxış keçirirmiş və torpaqda qəribə parıltı diqqətini çəkib. Daha dərinə qazdıqca isə gözlərinə inanmayıb. O, bu sərvəti özündə saxlamaq fikrində olmadığını da açıqlayıb.

Hazırda yerli hakimiyyət orqanları və ekspertlər hadisə yerinə cəlb olunub. Mütəxəssislər tapıntının haradan və hansı dövrdən gəldiyini müəyyən etməyə çalışırlar. Qızılın Dupontun əmlakına necə və nə vaxt düşməsi barədə isə hələlik heç bir rəsmi məlumat yoxdur.

Ekspertlər ehtimal edir ki, bu xəzinə ya tarixi bir gizli dəfinə, ya da ötən əsrdən qalmış gizli sərvət ola bilər. Fransada bu ölçüdə qızıl tapıntısına son onillikdə rast gəlinməyib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.