Fransada koronavirusa yoluxanların sayı 22 mini keçib

Fransada yeni növ koronavirusdan ölənlərin sayı 22 245-ə çatıb. Belə ki, son 24 saat 389 nəfər virusdan ölüb.

“TASS” xəbər verir ki, bu barədə ölkənin Baş Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon bildirib. “Xəstəxanalarda və tibbi-ictimai müəssisələrdə epidemiyanın başlanğıcından bəri 22 245 nəfər ölüb”, – Salomon belə deyib.

Onun sözlərinə görə, 8,3 min ölüm faktı tibbi-ictimai müəssisələrdə, daha 13,8 min nəfər isə xəstəxanalarda qeydə alınıb. Ölkədə son sutkada 1645 nəfər virusa yoluxub, yoluxanların ümumi sayı isə 159 828 nəfərə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bütün vətəndaşlar bilsinlər, heç bir sosial layihəni dayandırmayacağıq” –

Sonrakı məqalə

Azərbaycanda Ramazan ayı başlayıb