Fransada koronavirusdan ölənlərin sayı 10 mini ötüb

Fransada koronavirusdan ölənlərin ümumi sayı 10 mini keçib.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin Səhiyyə departamentinin baş direktoru Jerom Salomon mətbuat konfransında bildirib.

O qeyd edib ki, martın 1-dən bəri koronavirusa yoluxanlar arasında 10328 ölüm qeydə alınıb: “Hazırda 30 minə yaxın insan xəstəxanalardadır. Son 24 saat ərzində koronavirus simptomları olan 305 xəstə xəstəxanalara qəbul edilib. 7.1 min nəfər reanimasiyadadır, onlardan 104-ünün yaşı 30-dan aşağıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İşsizlərə birdəfəlik ödəmənin verilməsi şərtləri açıqlandı –

Sonrakı məqalə

Dünyada koronavirusdan ölənlərin sayı 80 mini ötüb