Fransada “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Timuçin Hacıbəylinin “Mühacirlərin həyatı” (La vie d`Émigrés) kitabı Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyatında fransız dilində çap olunub.

Bu barədə Azpost.info-ya mətbuat xidmətindən məlumat verilib.

 

“Mühacirlərin həyatı” kitabında müəllifin qürbətdə keçən gənclik illəri, qardaşının Fransa üçün canından keçməsi, müharibə illərində yaşadığı çətinliklər, tanış olduğu maraqlı və o dövrün görkəmli şəxslərilə bağlı xatirələri toplanıb.

“Mühacirlərin həyatı” kitabında Timuçin Hacıbəylinin fransız filosofu, yazıçı və dramaturq Jan Pol Sartr və məşhur filosof Albert Kamyu ilə əlaqələri də geniş yer alıb.

T.Hacıbəylinin yaşadığı acılı-şirinli günlərə, keşməkeşli ömür yoluna baxmayaraq, xatirələri ailəsinə, yaşadığı ölkəyə və ana vətənə – Azərbaycana olan sevgisinin azalmadığını əks etdirir.

Kitabın redaktoru “Kəpəz” nəşriyyatının əməkdaşı Ghita Belgueddir.

Yaxın günlərdə Fransanın paytaxtı Paris şəhərində “Mühacirlərin həyatı” kitabının təqdimatı olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Cümhuriyət”in bərpasından və Cebhe.info-nun yaranmasından 4 il ötür

Sonrakı məqalə

Cahangir Hacıyevin məhkəməsi keçirilib: