Fransada Napoleonun qılıncı inanılmaz qiymətə satılıb

Fransız imperatoru I Napoleonun qılıncı Parisdə “Giquello” hərrac evinin keçirdiyi hərracda 4,7 milyon avroya satılıb.

Bu barədə AzPost xarici KİV-ə istinadən xəbər verir.

Hərrac evi onun 700 milyon – 1 milyon avro civarında satılacağını proqnozlaşdırsa da, hərrac bütün gözləntiləri alt-üst edib.

I Napoleonun digər – 1800-cü ildə İtaliyada Marenqo döyüşü zamanı istifadə etdiyi qılıncı 2007-ci ildə rekord – 4.8 milyon avroya satılmışdı.

1802-ci ildə Napoleon Fransız Respublikasının birinci konsulu olduqdan sonra şəxsi istifadəsi üçün Versal istehsalat müəssisəsinin rəhbəri Nikola-Noel Buteyə xüsusi qılınc sifariş edib.

Hərrac evi qeyd edir ki, Napoleon imperator taxtına çıxdıqdan sonra da bu silahı hakimiyyətinin sonuna qədər saxlayıb. Taxt-tacdan imtina etdikdən sonra isə qılıncı özünün yaxın silahdaşlarından biri — marşal Emmanuel de Qruşiyə verib. Qılınc hərrac evinə Qruşinin bacısının nəvələri tərəfindən təqdim olunub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.