Fransada Nazirlər Kabineti istefaya göndərildi

Fransada Nazirlər Kabineti istefaya göndərilib. Parlament ölkə hökumətinə etimad göstərməyib.

Azpost.info  DW-yə istinadən bildirir ki, Mişel Barnyenin rəhbərlik etdiyi Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi sosial sığorta sistemində islahatların aparılması ilə bağlı münaqişə səbəbindən müxalifət tərəfindən təqdim edilib.

Bu qərarın lehinə 331 deputat səs verib. Etimadsızlıq səsverməsi üçün Milli Assambleyanın 577 deputatından azı 288-nin dəstəyi tələb olunurdu.

İndi 3 aydan az müddətdə hakimiyyətdə olan hökumət istefaya getməyə məcbur olacaq.

Barnye 1958-ci ildə Beşinci Respublika yaradılandan bəri Fransanın ən qısa müddətə baş naziri olub.

O, çox güman ki, prezident Makron yeni Nazirlər Kabinetini təyin edənə qədər müvəqqəti hökumət başçısı vəzifəsində qalacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.