Fransada “sarı jiletlilər”in aksiyası başlayıb

Fransada 1 may Əmək günü münasibətilə “sarı jiletlilər”in aksiyaları başlayıb.

Aksiyalar paytaxt Parisdə və ölkənin digər şəhərlərində keçiriləcək.

Ümumilikdə 300 aksiyada 100 minədək şəxsin iştirakı gözlənilir. Aksiyaların keçirildiyi bölgələrə çoxlu sayda polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, Fransada “sarı jiletlilər” aksiyaları 2018-ci ilin noyabrından başlayıb. Bu aksiyalar toqquşmalarla müşayiət olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvan Qarnizonu Qoşunlarında təlim keçirilib

Sonrakı məqalə

Prezident İlham Əliyev Azad Rəhimovun vəfatı ilə əlaqədar başsağlığı verib